"Atletiko"da yeni müqavilə

01:13 - 6 Fevral 2018

İspaniya La Liqasında mübarizə aparan "Atletiko"da yeni müqavilə qeyd alınıb.

 

Sportal.az xəbər verir ki, Madrid klubu Şime Vrsalko ilə müqavilə müddətini uzadıb. Xorvatiya millisinin üzvü ilə 2022-ci ilə qədər sözləşmə imzalanıb.

 

Qeyd edək ki, 26 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm 14 matçda forma şansı qazanıb və 3 assist edib.

Xəbər xətti