"Beşiktaş"ın erməni futbolçusu Qazaxıstan klubunda

10:33 - 6 Fevral 2018

"Beşiktaş" daha bir futbolçu ilə yolları ayırıb.

 

Sportal.az xəbər verir ki, Türkiyəni Çempionlar Liqasında təmsil edən komanda yarımmüdafiəçisi Aras Özbilizlə yolları ayırıb. Ermənistan millisinin üzvü karyerasını Qazaxıstanda davam etdirəcək. 27 yaşlı vinger "Aktobe" ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, Özbiliz 2016-cı ildə "Spartak"dan "Beşiktaş"a keçmişdi.

Xəbər xətti