İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli Türkiyəyə qayıtmayacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, təcrübəli forvarda "Əl-Əhli"(Doha) və "Əl-Əyn" klublarından təklif gəlib.

Qətər və BƏƏ təmsilçiləri Balotelli uğrunda mübarizə aparır. Son olaraq Türkiyədə "Adana Demirspor" formasını geyinmiş Balotelli hazırda azad agent statusunu daşıyır.

Onun Türkiyəyə qayıdacağı iddia edilirdi.