UEFA Avropa Liqasının rəsmi X səhifəsi “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə bağlı paylaşım edib. 

Sportal.az xəbər verir ki, paylaşılan videoda braziliyalı hücumçunun bu ilin mart ayında Avropa Liqasının 1/8 finalında Bakıda “Bayer”lə (Almaniya) keçirilən görüşdə (2:2) vurduğu qol əks olunub.

Videoya "Juninyo sehri” başlığı verilib.