"Liverpul"un vingeri Luis Diaz "Bavariya"ya keçə bilər.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi kolumbiyalı üçün 52 milyon avro təklif edib.
"Bavariya" artıq 28 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Luis Diaz ötən mövsüm 50 oyuna çıxıb, 17 qol vurub və 8 məhsuldar ötürmə edib. Kolumbiyalının "Liverpul"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.