Millimizin sabiq üzvü "Karvan"da - RƏSMİ

15:10 - 11 İyul 2025

Premyer Liqaya yüksələn "Karvan" növbəti transferini reallaşdırıb.

Sportal.az xəbər verir ki, Yevlax təmsilçisi Araz Abdullayevlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan milli komandasının sabiq üzvü ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Araz Abdullayev ötən mövsüm 1-ci Liqada "Qaradağ Lökbatan"ın formasını geyinib.

Xəbər xətti