"Sumqayıt" hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

14:12 - 11 İyul 2025

Yeni mövsümün hazırlığını davam etdirən "Sumqayıt"da ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Silvanus Nimeli ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sumqayıt" Nimeliyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.


Xəbər xətti