"Ayaks"dan ayrıldı, İngiltərə klubuna keçir

15:33 - 11 İyul 2025

Kristian Nyorqoru "Arsenal"a satan "Brentford" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirəcək.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Ayaks"dan ayrılan Cordan Hendersonla anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi artıq tibbi müayinədən keçib. 35 yaşlı futbolçu "Brentford"la 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Cordan Henderson ötən mövsüm "Ayaks"ın heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti