"Qarabağ" bir qədər öncə yeni transfer edib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasında yeni mövsümün planlarını cızan "köhlən atlar" üçüncü legioneri düşərgəsinə gətirib.
Ağdam klubunun anlaşdığı əcnəbi Kris Kuakudur.
Qurban Qurbanovun bəyəndiyi isim Fil Dişi Sahilindəndir. Onun 25 yaşı var və yarımmüdafiəçidir.
Afrikalı bura Portuqaliyadan gəlib. Kuaku son üç mövsümü "Mafra"da keçirib. Bundan öncə isə Danimarkada "Sfaheym" və "Midtyuland"ın formasını geyinib.
"Qarabağ" bu yay Portuqaliyadan iki nəfər də gətirib. İkinci Liqadan Dani Bolt ("Torreense") və Pedro Bikalyo ("Alverka") ilə uzunmüddətli müqavilə imzalanıb.
saytlarin hazirlanmasi