"Qarabağ"ın sabiq futbolçusu Ramal Hüseynov Sportal.az saytına açıqlama verib. O, Ağdam klubunun "Atletik"ə(Bilbao) məğlubiyyətini şərh edib:
"Qarabağ"dan həmişə qələbə gözləyirik. Futboldur da, bilmək olmur, hansısa matçda qalib gəlirsən, ya da uduzursan. "Atletik" güclü komandadır. Ancaq yenə də biz "Qarabağ"dan qələbə gözləyirdik. Amma olmadı. Allah qoysa, qələbələrin davamı gələr. "Qarabağ" topla oynamağı sevən komandadır. Bu matçda rəqib "Qarabağ"a topla oynamağa imkan vermədi. "Atletik" "Qarabağ"ı gözəl analiz etmişdi, ona görə də qalib gəldilər. "Qarabağ"da bu məğlubiyyətdən sonra psixoloji eniş olacağını düşünmürəm. Daha da ciddi hazırlaşıb, irəli atdım atacaqlar. "Qarabağ" onsuz da bizlər üçün ən gözəlini edib. Daha da böyük sevinclər bəxş edəcəklər, buna əminəm. "Qarabağ"ın "Çelsi"dən evdə xal almaq şansı çox böyükdür. İnanıram ki, buna "Qarabağ"ın gücü çatar".
Hüseynov, Ağdam klubunun ÇL-də əvvəlki görüşlərdə əldə etdiyi nəticələri də xatırlayıb:
"Əvvəlki "Benfika" və "Kopenhagen" matçlarında həmin klublar yəqin ki, "Qarabağ"ı özünə rəqib saymırdı. Düşünmürdülər ki, "Qarabağ"a oynamaq imkanı versən, onun qarşısını almaq çox çətin olacaq. Rəqiblər meydana çox rahat çıxmışdılar. "Qarabağ" da bundan istifadə etdi. İndi rəqiblər fikirləşir ki, "Qarabağ"ı necə məğlub etmək olar".
Mirbağırağa
saytlarin hazirlanmasi
