Bakı metropolitenində "Qarabağ"ın oyununa görə iş saatı uzadıldı

12:16 - 5 Noyabr 2025

“Bakı Metropoliteni” QSC bu axşam “Qarabağ”ın UEFA Çempionlar Liqasında "Çelsi" ilə oyununa görə iş rejimində dəyişiklik edəcək.

Sportal.az xəbər verir ki, qurum matça olan azarkeş marağını nəzərə alaraq iş saatını uzadıb.

Beləliklə, bu gecə bütün stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Həmçinin, “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri gücləndiriləcək, əlavə işçi qüvvəsi və növbətçilik cədvəli tətbiq olunacaq.

Ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Xatırladaq ki, görüş saat 21:45-də start götürəcək

Xəbər xətti