"Real" "Benfika"ya 3 milyon avro ödədi - Mourinyoya görə

22:51 - 19 May 2026

"Real" "Benfika" klubuna Jose Mourinyo üçün ödəniş edib.

Sportal.az xəbər verir ki, Madrid klubu artıq bazar və ya bazar ertəsi portuqaliyalı mütəxəssisin baş məşqçi vəzifəsinə qayıdışını rəsmən elan edəcək.

İspaniya klubu mayın 18-də 63 yaşlı mütəxəssis üçün nəzərdə tutulan 3 milyon avroluq təzminatı Lissabon təmsilçisinə ödəyib. İndi “Real” Mourinyo ilə müqavilə bağlaya bilər.

Xəbər xətti