"Atletiko"nun iki futbolçusu Çin klubunda

00:27 - 27 Fevral 2018

"Atletiko" iki futbolçusunu Çin klubuna satıb.

 

Sportal.az xəbər verir ki, Yannik Karrasko və Nikolas Qaytan "Dalyan İfan" klubuna keçiblər. Madrid təmsilçisi  belçikalı və argentinalı yarımmüdafiəçilərin transferini rəsmi saytı vasitəsilə açıqlayıb. Bu transferlərə görə, "hindular" 50 milyon avro qazanıb.

 

Qeyd edək ki, 30 yaşlı Qaytan "Atletiko"ya 2016-cı ildə keçib. 24 yaşlı Karrasko isə 2015-ci ildə Madrid klubuna transfer olunub.

Xəbər xətti