Qış fasiləsində "Səbail"dən ayrılan Edqaras Jarskisin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Polşa I Liqasında mübarizə aparan "Bıtoviya" klubuna transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki,  litvalı futbolçu ötən ilin dekabrında "Səbail"dən ayrılıb.