"Real"ın futbolçusu "İnter" yolunda

17:07 - 9 May 2018

“Real”ın yarımmüdafiəçisi Mateo Kovaçiçlə yolları ayıra bilər.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı karyerasını sabiq klubu “İnter”də davam etdirə bilər. İtaliya mətbuatında yayılan məlumata görə, Madrid klubu heyətdə az şans qazanan futbolçunu 30 milyon avrodan ucuz satmaq fikrində deyil.

 

Qeyd edək ki, Kovaçiç 2015-ci ildə 29 milyon avroya "İnter"dən "Real"a keçmişdi.

Xəbər xətti