"Deportivo"nun Sequndaya düşməsindən sonra klubdan ayrılan Türkiyə millisinin üzvü Əmrə Çolakın yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının "Əl Vahda" klubu ilə 3 illik müqavilə imzalayıb. Çolak yeni klubunda illik 4 milyon avro maaş alacaq.
Qeyd edək ki, türkiyəli futbolçu 2016-cı ildə "Qalatasaray"dan "Deportivo"ya transfer olunmuşdu. O, La Liqa təmsilçisinin heyətində keçirdiyi 63 oyunda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
