"Liverpul"un Türkiyə əsilli almaniyalı ulduzu Əmrə Canın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "qırmızılarla" müqaviləsi başa çatan 24 yaşlı futbolçu "Yuventus"a azad agent statusu ilə transfer olub. Tərəflər bütün detalları çözüb, razılığa gəliblər. Əmrə Turin klubu ilə 4 illik müqavilə bağlayıb. Onun maaşı illik 5 milyon avro olacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvü 2014-cü ildə "Bayer"dən (Leverkuzen) "Liverpul"a 12 milyon avroya transfer olmuşdu.
saytlarin hazirlanmasi
