"Arsenal" 34 yaşlı futbolçunu transfer etdi

17:28 - 5 İyun 2018

"Yuventus"dan ayrılan Ştefan Lixtştaynerin yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. İsveçrə millisinin üzvü "Arsenal"la müqavilə bağlayıb. Sözləşmənin detalları barədə məlumat verilməyib. Təcrübəli müdafiəçi klubda 12 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Lixtştayner 2011-ci ildən “Yuventus”da çıxış edirdi.

Xəbər xətti