"Arsenal"dan ayrılan Santi Kasorlanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi keçmiş klubu "Vilyarreal"a dönüb. Müqavilənin şərtləri barədə açıqlama verilməyib. 

 

Qeyd edək ki, Kasorla 2012-ci ildən "Arsenal"da çıxış edirdi. O, iki mövsüm zədə səbəbindən oynamırdı. İsaniya millisinin sabiq üzvü 2003-2006-cı və 2007-2011-ci illərdə də "Vilyarreal"da çıxış edib.