“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” Ukraynanın “Şaxtyor” klubunun yarımmüdafiəçisi Fredi transfer edib. Bu barədə məlumatı klubun saytı yayıb. 25 yaşlı futbolçunun transfer detalları açıqlanmayıb. İngiltərə mətbuatının məlumatına görə, bu keçid üçün "Mançester Yunayted" 59 milyon avrosundan keçib.
Xatırladaq ki, Braziliya millisinin üzvü olan Fred 2013-cü ildən “Şaxtyor”da çıxış edirdi.
saytlarin hazirlanmasi
