Braziliya millisinin üzvü rəsmən "Yuventus"da

00:21 - 8 İyun 2018

“Yuventus” "Bavariya"dan icarəyə götürdüyü Duqlas Kostanın transfer hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm icarəyə götürülən braziliyalı veinger Turin klubuna 40 milyon avroya başa gəlib. 27 yaşlı futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kosta 2015-ci ildə “Şaxtyor”dan “Bavariya”ya 30 milyon avroya keçmişdi.

Xəbər xətti