Taliskadan gözlənilməz addım: yeni klubu bəlli oldu

01:54 - 9 İyun 2018

Son iki mövsümü icarə əsasında "Beşiktaş"da keçirən, müqavilə ilə "Benfika"ya məxsus olan Anderson Taliskanın yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, oyunçunun İngiltərə Premyer Liqasına gedəcəyi gözlənilsə də, braziliyalı yarımmüdafiəçi fərqli qərar verib. O, Çinin "Quançjao Everqrand" klubuna keçib. 24 yaşlı futbolçu Super Liqa klubunda 6 aylıq icarə əsasında çıxış edəcək. Müqavilənin digər detallar açıqlanmayıb.

 

Qeyd edək ki, "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Taliskanın Premyer Liqa klublarından biri ilə anlaşdığını demişdi.

Xəbər xətti