"Trabzonspor"un yarımmüdafiəçisi Okay Yokuşlu karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu "Selta" ilə razılığa gəlib. Türkiyəli futbolçu Viqo klubu ilə müqavilə imzalamaq üçün İspaniyaya yollanıb. O, tibbi müayinədən keçdikdən sonra sözləşməyə imza atacaq.
Qeyd edək ki, Okay 2015-ci ildə Türkiyə millisinə dəvət alır. O, 2015-ci ildə "Kayserispor"dan "bordo mavililər"ə keçmişdi. Gənc futbolçu bu mövsüm Super Liqada 30 matçda 2 qol və 3 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi
