"İnter" "Roma"nın futbolçusunu transfer etdi

10:51 - 22 İyun 2018

"İnter" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Roma"dan Raca Nainqqolanı heyətinə qatıb. Belçikalı yarımmüdafiəçinin keçidi "İnter"ə 24 milyon avroya başa gəlib. Üstəlik, paytaxt klubuna Nikola Zalino və Davide Santon da verilib. "Canavarlar" bu transferdən gələn gəlirlə PSJ-dən Xavyer Pastoreni heyətinə qatacaq.

 

Qeyd edək ki, 30 yaşlı futbolçu 2014-cü ildən "Roma"da çıxış edirdi.

Xəbər xətti