Nainqqolan rəsmən "İnter"də

16:03 - 26 İyun 2018

"İnter" "Roma"nın futbolçusu Raca Nainqqolanı transfer edib.

 

Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək  ki, 30 yaşlı futbolçu 2014-cü ildən "Roma"da çıxış edirdi. O, paytaxt klubunun heyətində meydana çıxdığı 138 oyunda 26 qol vurub.

Xəbər xətti