Srnanın yeni klubu müəyyənləşdi

16:50 - 26 İyun 2018

İtaliyanın "Kaylari" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Şaxtyor"un sabiq futbolçusu Dario Srnanı trnafer edib. 36 yaşlı xorvatiyalı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Srna dopinqdən istifadə etdiyi üçün 1 illik futboldan uzaqlaşdırılmışdı. Təcrübəli müdafiəçi 22 avqust tarixindən etibarən meydana çıxa biləcək.

 

Xatırladaq ki, Xorvatiya millisinin sabiq üzvü 2003-cü ildən "Şaxtyor"da çıxış edirdi. O, 15 illik Ukrayna karyerası ərzində 339 qarşılaşmada meydana çıxıb və 33 qol vurub.

Xəbər xətti