"Roma" PSJ-nin futbolçusunu transfer etdi

17:25 - 26 İyun 2018

"Roma" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastoreni transfer edib. "Canavarlar" 29 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Pastore yeni klubunda 27 nömrəli formanı geyəcək.

 

"Roma" argentinalı yarımmüdafiəçinin transferinə görə Fransa klubuna 24,5 milyon avro təzminat ödəyib.

 

Qeyd edək ki, Pastore 2011-ci ildən PSJ-də çıxış edirdi. O, parislilərin heyətində meydana çıxdığı 179 oyunda 29 qol vurmağı bacarıb.

Xəbər xətti