"Sevilya" Premyer Liqadan futbolçu transfer etdi

16:30 - 27 İyun 2018

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Suonsi Siti” klubunda çıxış edən yarımmüdafiəçi Roke Mesanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Tərəflər 2021-ci ilə qədər müqavilə imzalayıblar. Transferin maddi detalları açıqlanmayıb. Amma İspaniya mətbuatının yaydığı məlumata görə, “Sevilya” yeni oyunçusuna görə 8 milyon funt-sterlinqindən keçib.

Xəbər xətti