Sabiq "Zirə"li Rumıniya klubunda

13:37 - 28 İyun 2018

"Zirə"nin sabiq futbolçusu Qabriel Mateyin yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, rumıniyalı futbolçu karyerasını vətənində davam etdirəcək.  

 

Polaşanın "Bruk-Bet Termalits" klubundan ayrılan yarımmüdafiəçi ölkəsinin "Konkordia" klubu ilə anlaşma əldə edib. Onun yeni klubuna azad agent kimi keçib.  Futbolçunun müqaviləsinin detalları açıqlanmayıb.  

 

28 yaşlı futbolçu 2017-ci ildə "Zirə"nin heyətində 14 oyun keçirib.  Süni örtüklü meydançalarda tez-tez zədələnən oyunçu, "Bruk-Bet Termalits"ə müəyyən təzminat qarşılığında keçib.  

Xəbər xətti