"Milan" 22 yaşlı futbolçu transfer etdi

14:40 - 28 İyun 2018

"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İtaliya klubu "Hamburq"un yarımmüdafiəçisi Alen Haliloviçi transfer edib. Xorvatiya millisinin üzvü bu gün tibbi müayinədən keçdikdən sonra 3 illik müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu son mövsümü icarə əsasında İspaniyanın "Las Palmas" klubunda keçirib. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 32 qarşılaşmada 2 qol vurub.

Xəbər xətti