"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Sportal.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Arsenal"dan ayrılan Cek Uilşeri transfer edir.
Ulduz futbolçu artıq Türkiyədədi. Belə ki, o dünən komandanın yeni baş məşqçisi Filip Kokunu gətirən təyyarə ilə İstanbula gəlib. 26 yaşlı yarımmüdafiəçi klubun stadionunu və bazasını gəzib. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, mövsüm başa çatdıqdan sonra "Arsenal"dan ayrılan Uilşer "Vest Hem"in ona təklif etdiyi 1 illik müqavilədən imtina edib.
saytlarin hazirlanmasi
