Sabiq "Qarabağ"lı Türkiyədə klubunu dəyişdi

10:05 - 29 İyun 2018

"Qarabağ"ın sabiq futbolçusu Raydell Pupon Türkiyədə klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, "Boluspor"dan ayrılan Pupon karyerasını I Liqanın digər təmsilçisi "Qazişahər Qaziantep" klubunda davam etdirəcək. 30 yaşlı hücumçunun müqavilə şərtləri açıqlanmayıb.

 

Pupon "Boluspor"da iki mövsüm ərzində 36 qol vurub.

 

Qeyd edək ki, Raydell Pupon "Qarabağ"da 2015-2016 mövsümünün ilk yarısında forma geyinib və 15 oyuna 1 qol vurub. 

Xəbər xətti