2016-cı ildə "Dnepr"dən 3,3 milyon avro qarşılığında "Beşiktaş"a transfer olan Denis Boyko İstanbul klubundan rəsmən ayrılıb.
Sportal.az xəbər verir ki, komandaya transfer olduğu gündən əsas heyətdə möhkəmlənməyən qolkiper "Malaqa" və Kiyev "Dinamo"suna icarəyə verilmişdi. 30 yaşlı futbolçu "Beşiktaş"la müqaviləsini qarşılıqlı şəkildə pozub. Boyko ötən mövsüm qış fasiləsində icarə əsasında çıxış etdiyi "Dinamo" ilə müqavilə bağlayıb. Ukrayna millisinin üzvü Kiyev təsmilçisi ilə 5 illik sözləşməyə qol çəkib.
saytlarin hazirlanmasi
