Elyunussi Premyer Liqa klubuna transfer oldu

18:44 - 29 İyun 2018

İngiltərə Premyer Liqasında çıxış edən "Sauthempton" yeni transferlə heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, "qırmızı-ağlar" "Bazel"in hücumameyilli yarımmüdafiəçisi Məhəmməd Elyunussini transfer edib. Bu transfer "Sauthempton"a 20 milyon avroya başa gəlib. Məhəmmədlə 5 illik müqavilə imizalanıb.

 

Qeyd edək ki, Norveç millisinin üzvü olan 23 yaşlı futbolçu 2016-cı ildə 3,2 milyon avroya "Bazel"ə "Molde"dən keçmişdi. Məhəmməd ötən mövsüm "Qarabağ"da çıxış edən Tarık Elyunussinin qardaşıdır. Tarık 6 ay icarə əsasında Ağdam təmsilçisində çıxış etdikdən sonra İsveçin AİK klubuna keçmişdi.

Xəbər xətti