"Qalatasaray" yaponiyalı futbolçunu transfer etdi

14:54 - 30 İyun 2018

"Qalatasaray" ötən mövsüm qış fasiləsində "İnter"dən icarəyə götürdüyü Yuto Naqatomo üçün qərar verib.

 

Sportal.az xəbər verir ki, İstanbul klubu İtaliya təmsilçisinə yaponiyalı müdafiəçi üçün 3 milyon avroluq təklif göndərib. Milan klubu "Qalatasaray"ın təklifini qəbul edib və tərəflər razılığa gəlib. "İnter" Naqatomonun "Qalatasaray"a transfer olduğunu rəsmən açıqlayıb.

 

31 yaşlı futbolçu Yaponiya millisinin heyətdinə mundialda mübarizə aparır.

Xəbər xətti