Sabiq "Qəbələ"li Serbiya klubunda - 600 min avro qarşılığında

12:52 - 2 İyul 2018

"Qəbələ"nin sabiq futbolçusu Lorenso Ebesilionun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Kiprin APOEL klubundan ayrılaraq, Serbiyanın "Srvena Zvezda" klubuna transfer olub. Hollandiyalı futbolçu 2+1 illik müqavilə imzalayıb. Bu keçid üçün "Srvena Zvezda" 600 min avrosundan keçib.

 

Qeyd edək ki, Ebesilio 2013/14 mövsümündə icarə əsasında Ukraynanın "Metallurq" klubuna "Qəbələ"yə keçmişdi. O, 32 oyuna 8 qol vurmuşdu.

Xəbər xətti