"Yuventus"dan ayrılan futbolçu rəsmən "İnter"də

17:49 - 2 İyul 2018

İtaliyanın "İnter" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatan Kvadvo Asamoanı transfer edib. 29 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Asamoa "Yuventus"a 2012-ci ildə "Udineze"dən transfer olmuşdu. Qanalı müdafiçi turinlilərin heyətində meydana çıxdığı 116 qarşılaşmada 4 qol vurub.

Xəbər xətti