Riçard Almeydanın transferi rəsmən açıqlandı

11:54 - 4 İyul 2018

“Qarabağ”dan ayrılan Riçard Almeydanın yeni klubu rəsmən açıqlanıb.

 

Sportal.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi “Astana” ilə münasibətlərini rəsmiləşdirib. Müqavilənin detalları barədə məlumat verilməyib.

 

29 yaşlı futbolçu 2012-ci ildən "Qarabağ"da oynayırdı.

 

Qeyd edək ki, “Astana”ya “Qəbələ”dın ayrılan ukraynalı mütəxəssis Roman Qriqorçuk başçılıq edir.

Xəbər xətti