İtaliyanın "Napoli" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Neapol təmsilçisi "Betis"in yarımmüdafiəçisi Fabian Ruizi transfer edib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İspaniya U-21 millisinin üzvü yeni klubunda illik 2,5 milyon avro maaş alacaq.
"Napoli" gənc yarımmüdafiəçinin keçidi üçün "Betis"ə 30 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Ruiz son mövsümü La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 qarşılaşmada 4 qol vurub..
saytlarin hazirlanmasi
