"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, Bosniya və Hersoqovina millisinin üzvü karyerasını Türkiyədə davam etdirəcək. 29 yaşlı "əlcək sahibi" bu mövsüm Super Liqaya vəsiqə qazanan "Ərzurum Bələdiyəspor"a transfer olub. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib.
saytlarin hazirlanmasi
