Sxadadze Fransa klubu ilə müqavilə imzaladı

14:51 - 7 İyul 2018

Gürcüstan milli komandasının keçmiş üzvü Baçana Sxadadze karyerasını Fransada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Fransanın ən köklü klublarından biri olan “Bastiya” ilə müqavilə imzalayıb.

 

Məşhur gürcüstanlı məşqçi Kaxaber Sxadadzenin oğlu Fransanın III liqasında mübarizə aparan klubla 1 illik sözləşmə imzalayıb. Sxadadzenin son klubu “Rustavi” olub. Hücumçu ölkəmizdə “İnter” (hazırkı “Keşlə”) və “Simurq” kimi komandalarda forma geyinib.

 

Baçana “İnter”dən ayrıldıqdan sonra “Flamurtari” (Albaniya), “Lokomotiv” (Tbilisi), “Smatredia” və “Çixura” kimi klublarda çıxış edib. Hücumçu Gürcüstan millisinin heyətində 5  qarşılaşmada iştirak edib. 

Xəbər xətti