Azərbaycanlı hücumçu Türkiyə klubuna transfer oldu

11:25 - 8 İyul 2018

Azərbaycanlı futbolçu Şahin Əliyev karyerasını Türkiyədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı hücumçu BAL Liqasında mübarizə aparan "Aydınspor 1923" klubuna transfer olub. Gənc forvard yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Şahin Əliyev karyerası ərzində "Sumqayıt", "Qarabağ", "Şüvəlan" kimi klublarda çıxış edib. 2 dəfə əvəzedicilərin çempionatının bombardiri olan hücumçunun son klubu "Mil-Muğan" olub.

d4d52042-9bcf-4723-92eb-16a5d7035608.jpg

Xəbər xətti