Sabiq "Qəbələ"li Ukraynada klubunu dəyişdi

14:01 - 9 İyul 2018

"Qəbələ"nin sabiq futbolçusu Ruslan Fominin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu Donetsk “Şaxtyor”undan ayrılıb və Ukraynanın digər Premyer Liqa klubu "Mariupol"a keçib. Transferin detalları haqda açıqlama verilməyib.

 

Qeyd edək ki, Ruslan Fomin "Qəbələ"yə 2015-ci ilin qış transfer pəncərəsində keçmişdi. Ukraynalı futbolçu 16 oyuna qol vura bilməmişdi. Ruslan 2005/11-ci illərdə və ötən mövsüm qış fasiləsindən sonra "Şaxtyor"da çıxış edib.

Xəbər xətti