"Valensiya" yarımmüdafiəçi transfer etdi

16:30 - 10 İyul 2018

"Valensiya" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İspaniya klubu "Selta"dan Daniel Vassı transfer edib. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Danimarkalı futbolçunun sərbəst qalmaq məbləği 80 milyin avro təyin edilib.

 

Qeyd edək ki, Vass 2015-ci ildə Fransanın "Evian" klubundan "Selta"ya transfer olunub. O, La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 70 oyunda 5 qol vurub.

Xəbər xətti