"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, London təmsilçisi "Sampdoriya"nın yarımmüdafiəçisi Lukas Torreyronu transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi syatı məlumat yayıb. Uruqvaylı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
"Topçular" bu transfer üçün İtaliya klubuna 26 milyon avro ödəyib. Torreyra yeni komandasında 11 nömrəli formanı geyəcək.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "sampdoriya"da çıxış edir. Torreyra A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 71 qarşılaşmada 4 qol vurub.
saytlarin hazirlanmasi
