"Arsenal" fransalı futbolçunu transfer etdi

14:29 - 11 İyul 2018

"Arsenal" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi Fransa II Liqasında çıxış edən "Loryan"ın yarımmüdafiəçisi Matteo Qenduzini 7 milyon funt-sterlinq qarşılığında transfer edib. Fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi 2016-cı ildən "Loryan"da çıxış edirdi.

Xəbər xətti