"Çelsi" bir həmləyə iki keçidi reallaşdırdı

15:32 - 11 İyul 2018

İngiltərənin "Çelsi" klubu adı uzun müddət "Mançester Siti" ilə hallanan "Napoli"nin futbolçusu Jorjinyonu transfer edib.

 

Sportal.az xəbər verir ki, İtaliya millisinin üzvü "zadəganlar"la müqavilə bağlamaq üçün Londona yollanıb. Bu transfer London təmsilçisinə 57 milyon avroya başa gəlib. "Çelsi" "Napoli"yə daha 8 milyon avro ödəyib. Belə ki, "Napoli" baş məşqç Mauritsio Sarri ilə yollarını ayırsa da, müqaviləni pozmayıb. Müqavilə şərtinə görə isə, Sarrinin təzminat qiyməti 8 milyon avrodur. Belə olan halda, "Çelsi" baş məşqçi vəzifəsinə gətirəcəyi mütəxəssis üçün bu məbləği ödəməyi qəbul edib.

Xəbər xətti