Ukraynalı futbolçu Premyer Liqa klubunda

16:11 - 11 İyul 2018

“Borussiya”nın hücumçusu Andrey Yarmolenko karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Ukrayna millisinin üzvü “Vest Hem”ə transfer olub. Transfer "Çəkicdöyənlər"ə 17,5 milyon funt-sterlinqə başa gəlib.

 

Qeyd edək ki, 28 yaşlı vinger ötən il Kiyev "Dinamo"sundan Dortmund klubuna keçmişdi.

Xəbər xətti