"Səbail" ukraynalı futbolçunu rəsmən transfer etdi

16:23 - 11 İyul 2018

“Səbail” növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini “rənglərinə bağlayıb”. Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisiylə 2 illik müqavilə imzalanıb.

 

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidi. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb.

Xəbər xətti