Riçard Qadzenin yeni klubu bəlli oldu

13:57 - 13 İyul 2018

"Zirə"dən ayrılan Riçard Qadzenin yeni klubu bəlli olub. 

 

Sportal.az xəbər verir ki, qanalı futbolçu karyerasını Rumıniyada davam etdirəcək. Hücumçu "Voluntari" klubu ilə münasibətlərini rəsmiləşdirib. 23 yaşlı hücumçunun yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Qadze "Zirə"yə Hindistanın "Delhi Dinamo" klubundan transfer olunub. O, "Qartallar"ın heyətində keçirdiyi 35 oyunda 10 qolla yadda qalıb.  

Xəbər xətti